Sabiq nazir Yavər Camalovun məzarından görüntülər - Foto
İyun ayının 23-də dünyasını dəyişən sabiq müdafiə sənayesi naziri Yavər Camalovun məzarının fotolarını əldə etmişik.
A24.Az xəbər verir ki, sabiq nazir Şüvəlan qəsəbə qəbiristanlığında, keçən il vəfat edən 44 yaşlı oğlu Rövşən Camalovun yanında dəfn olunub.
Qeyd edək ki, 69 yaşlı Y. Camalov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və müalicə alıb. İyun ayının 23-də günorta saatlarında Bakıda evində səhhəti qəfil pisləşib və dünyasını dəyişib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Y. Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 1972 — ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 — 1989- cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis — sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989 — 1995 — ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995 — 2003 — cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 — 2006 — cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006 — cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib. Y. Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar

