Sabiq başçıya məxsus klinika cərimələndi - “Vimay-Med”dən açıqlama
Xəbər verdiyimiz kimi, Bakıda “Vimay-Med” klinikası cərimələnib.
Belə ki, klinikaya karantin qaydalarının pozulması ilə bağlı inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məsələ ilə bağlı “Vimay-Med” klinikası ilə əlaqə saxladıq. Klinikadan Bakupost.az -a cərimələnmə xəbərini təsdiqləsələr də, məhkəmə prosesinin olacağını təkzib etdilər:
“Sadəcə maska taxılmaması ilə bağlı klinika cərimə olunub və məbləğ artıq ödənilib. Məhkəmədən söhbət gedə bilməz. Kimsə maska taxmayıbsa, buna görə məhkəmə olmalıdır!?”.
Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, “Vimay-Med” MMC Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İradə Gülməmmədovaya məxsusdur.
Xatırladaq ki, İ. Gülməmmədova bu il yanvarın 19-da Abşeron RİH-in başçısı vəzifəsindən azad edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu