VACİBYol polisi valideynlərə yeni tədris ili xəbərdarlığı
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib. Tədris prosesinin başlanması ilə yollarda, xüsusilə səhər və axşam saatlarında hərəkət intensivliyinin artacağı, məktəb, bağça və digər təhsil müəssisələrinin ətrafında sıxlığın yaranacağı gözlənilir. Bu şəraitdə hər bir hərəkət iştirakçısının daha diqqətli və məsuliyyətli davranması vacibdir.
Minval.info xəbər verir ki, təhsil müəssisələrinin yaxınlığında sürət əvvəlcədən azaldılmalı, piyada keçidlərinə xüsusi diqqət yetirilməli, avtomobillər ikinci cərgədə, piyada keçidlərinin üzərində və hərəkətə maneə yaradan digər yerlərdə saxlanılmamalıdır. Valideynlər uşaqları məktəbə gətirib-apararkən avtomobilləri yalnız təhlükəsiz və icazə verilən yerlərdə saxlamalı, onların nəqliyyat vasitəsindən səki istiqamətində düşüb-minməsinə nəzarət etməlidirlər.
Şagirdlər yolu yalnız müəyyən edilmiş yerlərdən keçməli, dayanmış avtomobillərin arasından qəfil yola çıxmamalı, hərəkət zamanı mobil telefon və qulaqlıq kimi diqqəti yayındıran vasitələrdən istifadə etməməlidirlər. Valideynlərin yol hərəkətində nümayiş etdirdiyi davranış uşaqlar üçün ən təsirli nümunədir. Övladlarımızdan qaydalara əməl etməyi tələb ediriksə, ilk növbədə bunu öz davranışımızla göstərməliyik.
Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi yeni tədris ilinin ilk günlərindən yollarda diqqətli, səbirli və məsuliyyətli olmağa çağırır. Məktəbə gedən hər bir uşağın təhlükəsizliyi hamımızın ortaq məsuliyyətidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda gənclərin məşğulluq səviyyəsi 94 min nəfər azalıb
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Övladına nağıl kitabı aldı, şoka düşdü
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur