Sabahın havası açıqlandı
Martın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Minval.info-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı, səhər zəif duman olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.
Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir, gecə və səhər Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda xəyanətə qəzəblənən qadın maşınını dağıtdı
Azərbaycandan Ermənistana 16 vaqon dizel ixracı
Güzəştli mənzillərin rəqəmsal satışı uğurla tamamlandı
Azərbaycan neftinin qiyməti 104 dollara düşdü
Bakıda üç poliklinika yenilənir: 1.2 milyon manat ayrıldı
Bakı ilk dəfə "IRONMAN 70.3" yarışına ev sahibliyi edir
Paşinyan Kərki kəndinin Azərbaycan olduğunu etiraf etdi