06.06.2019 - 12:27
Ölkə 1 baxış

Sabahın hava proqnozu

İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. ETSN-nin mətbuat xidmətindən Minval.info-ya verilən məlumata görə,Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti gözlənilir.Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti,Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkiledəcək.

Cənub çimərliklərində arabir güclənən şimal-qərb küləyiəsəcək.Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: