Sabahın hava proqnozu
Mayın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 7-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 7-8-də Abşeron yarımadasında əsasən komfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qubada evində ayı saxlayan sabiq nazirin xalası oğluymuş
“Koçak Gold” işində sensasion səs yazısı ortaya çıxdı
20 Yanvar günü bu yollar bağlı olacaq
Təhsil Nazirliyi ilə bağlı SƏRƏNCAM
“Biz burada çalışan heç kəsə “Yaxşı işlə, tez işlə” demədik”
“Qoca Səmədovun oğlu məni şirkətə buraxmır”
“Bakubus”da gərgin anlar - Sürücüdən sərnişinlərə anlaqsız davranış