Sabaha olan hava proqnozu açıqlandı
Bazar ertəsi Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.
Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 18-23° isti, Bakıda gecə 10-12° isti, gündüz 19-21° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradıldı
Eldar Əzizov güclü yağışla əlaqədar tapşırıq verdi
DTX-nın tutduğu sabiq icra başçısı ilə bağlı YENİ XƏBƏR
Sabah bu ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ
Təhsil naziri: "Hazırda bəzi məktəblərdə şagird sıxlığı problemi var"
Sentyabrda ölkəmizdə nə gözlənilir - Şamaxı Rəsədxanasında hazırlıq
Son illərdə SOCAR-da həyata keçirilən islahatlar açıqlanıb