Sabaha olan HAVA PROQNOZU
Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
ETSN-nin Milli Hidrometeorologiya Departamentindən bildirilir ki, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısanmüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 13-18, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Sabah Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan sülh danışıqları fonunda hərbi büdcəni artırır
Bakıda qolları olmayan körpə: Ana imtina etdi
Bakıda avtobus parkı 2500-ə çatır!
Biləcəridə çörək zavodunda ciddi nöqsanlar aşkarlandı
Zubir "Qarabağ"a geri dönür?
Gəncədə abadlıq işlərinə 4,7 milyon manat ayrıldı
Bərdə icra başçısından tələbəyə xüsusi jest!