Sabah bu yollar bağlanacaq - Sürücülərin nəzərinə
Sabah bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Minval.info xəbər verir ki, mayın 10-da Heydər Əliyevin doğum günü münasibətilə Fəxri Xiyabanı ziyarətlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Məlumata görə, sabah Fəxri Xiyaban istiqamətində hərəkət edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Səhər saatlarından etibarən tədbir tam başa çatanadək Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq istiqaməti dəyişdiriləcək.
Sürücülərin və avtomobil sahiblərinin bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etmələri, tədbirə qatılmaq istəyənlərin isə ictimai nəqliyyat vasitələri, tövsiyə olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi