21.11.2026 - 14:54
Dünyanın ən bahalı futbolçuları açıqlandı
İdman 480 baxış

Dünyanın ən bahalı futbolçuları açıqlandı

Publika.az-ın məlumatına görə, “Touchline” hesabı dünyanın ən bahalı futbolçularının yeni reytinqini təqdim edib. Bu siyahıda ilk yeri İspaniya millisinin və “Barselona”nın 19 yaşlı yarımmüdafiəçisi Lamin Yamal tutur. Onun bazar dəyəri 250 milyon avro olaraq qiymətləndirilib.

“Bavariya”nın yarımmüdafiəçisi Maykl Olise isə 211 milyon avro ilə ikinci yerdə qərarlaşıb. İlk üçlükdə “Barselona”nın mərkəz müdafiəçisi Pau Kubarsi 200 milyon avro ilə yer alır.

Reytinqdə həmçinin Erlinq Haaland, Kilian Mbappe, Desire Duai, Rayan Çerki, Cude Bellinqem, Arda Gülər və Elliot Anderson kimi tanınmış adlar da yer alıb.

2026-cı il “Qızıl top” mükafatının qalibi olan ingilis hücumçu Harri Keyn isə 13-cü sırada özünü göstərir. Onun dəyəri 128 milyon funt sterlinq olaraq müəyyən edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: