21.11.2026 - 14:14
Eminin fotosu Nyu-Yorkun məşhur meydanında nümayiş etdirildi
İdman 534 baxış

Eminin fotosu Nyu-Yorkun məşhur meydanında nümayiş etdirildi

Azərbaycan millisinin sabiq kapitanı Emin Mahmudovun fotosu ABŞ-ın Nyu-York şəhərində yerləşən məşhur “Times Square” meydanındakı böyük ekranda nümayiş etdirilib. Publika.az xəbər verir ki, bu barədə “PR to SKY” şirkətinin “Instagram” səhifəsində paylaşım edilib.

Paylaşımda futbolçunun milli komandadakı karyerasını başa vurmasına diqqət çəkilib. Emin Mahmudovun Azərbaycan millisinin tarixində ən çox qol vuran futbolçu olduğu vurğulanıb. Bildirilib ki, 33 yaşlı yarımmüdafiəçi yığmanın heyətində 66 oyun keçirib və 16 qol vurub.

Qeyd edək ki, “PR to SKY” Nyu-Yorkda fəaliyyət göstərən qlobal ictimaiyyətlə əlaqələr və kommunikasiya agentliyidir. Agentlik “Times Square” də daxil olmaqla, beynəlxalq reklam platformalarında rəqəmsal bilbord xidmətləri göstərir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: