Sabah bağlanacaq yolların - Siyahısı
10 dekabr 2020-ci il tarixdə Bakının mərkəzi olan Azadlıq meydanında “Zəfər paradı” keçiriləcəkdir.
Texnikaların hərəkəti və hərbi yürüş Nobel prospektindən başlayaraq Ağ Şəhər Bulvarına bitişik ərazidən keçərək Dəniz vağzalı, Azadlıq meydanı, Dənizkənarı Bulvar boyu, Neftçilər prospekti, Azneft meydanı, Bayıl qəsəbəsi və Bibiheybət məscidi istiqaməti üzrə nəzərdə tutulub.
Keçirilən tədbirin təhlükəsizliyinin təmini, parad iştirakçılarının sərbəst hərəkətinin təşkil edilməsi məqsədilə Azadlıq meydanı istiqamətinə paralel və kəsişən bütün küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur.
Belə ki, tədbir tam başa çatanadək həmin istiqamətlər üzrə :
1. Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü Kənar Dairəvi yol istiqamətinə,
2. Bayıl Qəsəbəsi Üzgüçülük hovuzu yanından Xanlar küçəsinə,
3. Səbail Rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından Q.Abbasov və Saraykin küçəsinə,
4. M.Hüseyn, T.Elçin, Lermontov, İstiqlaliyyət və Niyazi küçələrindən Azərbaycan prospektinə,
5. Nobel prospekti N.Rəfiyev küçəsi kəsişməsindən Babək prospektinə,
6. A.Cəlilov küçəsinin A.İsmayılov, N.Əliyev, F.Bayramov, və Y.Səfərov küçələri ilə kəsişmədən 10-cu zavod dairəsinə,
7. Y.Səfərov, Ə.Quliyev və 28 May küçələri kəsişməsindən D.Əliyeva küçəsi istiqamətinə,
8. 28 May küçəsinin R.Zorge, K.Səfərəliyeva, Puşkin, S.Vurğun, R.Behbudov küçələri, Azadlıq və Bülbül prospektləri kəsişməsindən A.Bakıxanov və Fizuli küçələri istiqamətinə hərəkət müəyyənləşdirilir.
Yol hərəkəti iştirakçılarına bildirilir ki, həmin istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə süni sıxlığın və ya tıxacların yaranmasına səbəb ola bilər.
Bir daha xahiş edilir ki, ölkə əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün qaydalara düzgün əməl edilsin.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Bakıda maşını yavaş sürürəm ki, altını lyuka vurmayım" - YAP-çı deputat
Vilayət Eyvazov ona vəzifə verdi
DYP əməkdaşı cəzalandırıldı - VİDEO
Dünyanın axtardığı azərbaycanlı insan alverçisi qadınlar - SİYAHI
Sabah rayonlara dolu düşəcək, qar yağacaq
Sabahın hava proqnozu