Sabah 39 dərəcə isti olacaq
Azərbaycanda iyulun 24-də havanın əsasən isti və yağmursuz keçəcəyi gözlənilir.
Minval.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı, cənub-şərq küləyinin əsəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 23-25, gündüz isə 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 millimetr civə sütunu, nisbi rütubət gecə 75-80 faiz, gündüz isə 45-50 faiz təşkil edəcək.
Rayonlarda da əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Bununla yanaşı, günün ikinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 22-27, gündüz 35-39 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
Mopedlərlə bağlı yeni rüsumlar müəyyənləşdi
Azərbaycanda iş saatları dəyişə bilər: Yeni qrafik necə olacaq?
Bakıda yeni dərs ilindən saatlar belə işləyəcək-TƏFƏRRÜAT
Ramiz Mehdiyevin ailəsinə bağlı BOKT-un vergi borcu yarandı
Sosial mediada 50 manat kredit vədi ilə edilən paylaşımlara DİQQƏT