Saakaşvili: Qarabağ Azərbaycandır!
Qarabağ Azərbaycandır! Bütün dünya bu fikirdədir. Bu mövqe dəyişməz olaraq qalır!
Bu sözləri Media.Az-a müsahibəsində Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru və “Yeni qüvvələr hərəkatı”nın lideri Mixail Saakaşvili Ermənistanın Baş naziri, Qarabağı öz ərazilərinə “daxil” edən Nikol Paşinyanın bu yaxınlarda etdiyi bəyanatı şərh edərkən deyib.
“Bir daha təkrar edirəm: bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu birincisi. İkincisi, ümid edirəm ki, Qafqazda daha bir müharibə olmayacaq”, – deyə Mixail Saakaşvili qeyd edib.
Gürcüstana səfər etmək planları ilə bağlı verilən sualın cavabında Saakaşvili bildirib ki, Gürcüstanda məhz özünün 2001-ci ildə yaratdığı “Vahid Milli Hərəkat” partiyası fəaliyyət göstərir.
“Lakin siz anlamalısınız ki, hazırda Gürcüstanda normal demokratiya yoxdur. Ona görə də bu (Gürcüstana səfər – red.) elə də asan deyil. Mən məmnuniyyətlə elə indicə gedərdim. Lakin qan axıdılmasını, digər ölkələrin hərbi müdaxiləsini istəmirəm.
Mən oliqarxdan qorxmuram (Bidzin İvanişvili nəzərdə tutulur – red.). Amma bizim partiya aktiv şəkildə fəaliyyət göstərir, burada gənclər çoxdur. Biz daim əlaqə saxlayırıq”, – deyə Mixail Saakaşvili vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda turistin taksi sifarişi: Lamborghini gəldi
Azərbaycanın tanınmış kinooperatoru Amin Novruzov vəfat etdi
Bakı və Abşeronda su təchizatı yenilənir
Bakıda BMT-nin İqlim Həftəsi: Qlobal Dəyişikliklər
Azərbaycanda texnologiya universiteti təklifi gündəmdə
Bakıda yeni M7 ekspress marşrutu istifadəyə verilir
Bakıda qadın avtomobilə hücum etdi - Video yayıldı