Səyahət etmək üçün ən təhlükəli və təhlükəsiz ölkələrin xəritəsi hazırlanıb
“International SOS” şirkətinin mütəxəssisləri hər bir səyahətçinin dünyanın istənilən ölkəsinə səyahətin nisbi riskini qiymətləndirməsi üçün interaktiv xəritə hazırlayıblar.
Bu barədə “Report” Rusiya KİV-inə istənadən xəbər verir.
Xəritədə ölkələrdəki fərqli təhlükə səviyyəsi göstərilir. Xəritənin hazırlanmasında terror fəaliyyəti, müxtəlif tipli özbaşınalıqlar və müharibələr, sosial gərginlik, zorakı cinayətlər və kiçik qanun pozuntuları nəzərə alınmaqla mövcud siyasi zorakılıq təhlükəsi əsas götürülüb. Xəritənin tərtib olunmasında həmçinin nəqliyyat infrastrukturunun, istehsalın, fövqəladə xidmətlərin və təhlükəsizlik strukturlarının etibarlılığı, təbii fəlakət ehtimalı nəzərə alınıb.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Qeyd edək ki, ölkələr beş risk kateqoriyası üzrə bölünüb – cüzi, aşağı, orta, yüksək və həddindən artıq. Birinci kateqoriyaya Avropa dövlətlərindən Danimarka, İslandiya, Lüksemburq, Norveç, Sloveniya, Finlandiya və İsveçrə daxildir.
Xəritədə göstərilən məıumatlara əsasən, ölkələrin əksəriyyətində risk səviyyəsi aşağıdır. Bu kateqoriyaya daxil olan ölkələr arasında Böyük Britaniya, İordaniya, Oman, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Gürcüstan, Azərbaycan və Özbəkistanı göstərmək olar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar