Şəxsiyyət vəsiqəsini dəyişmə müddətində problemlə üzləşə bilərsiniz - VİDEO
Şəxsiyyət vəsiqəsini dəyişən zaman kimsə 5 manatlıq rüsum ödəyib, sənədin 10 günə verilməsini gözləyirsə, o, bu zaman ərzində bir sıra hüquqlarını icra etməkdən məhrum olur. Bu isə insanların öz hüquqlarını təmin etmələrində problemlər yaradır.
Hüquqşünas Xəyal Bəşirov bildirir ki, əgər vətəndaşın şəxsiyyət vəsiqəsini dəyişmə müddətində bu vəsiqəni əvəz edən sənədi yoxdursa, o, bankda hansısa əməliyyat apara, əgər xəstədirsə təcili əməliyyatı üçün klinika ilə müqaviləni imzalaya bilməyəcək. Ancaq vətəndaşın bu zaman kəsiyində məhrum olduğu hüquqlar bununla da bitmir.
Xəyal Bəşirov təklif edir ki, vətəndaşların belə problemlərlə qarşılaşmamaları üçün şəxsiyyəti təsdiq edən və şəxsiyyət vəsiqəsi statusunda hansısa müvəqqəti sənədin verilməsi məqsədəuyğun olardı. (xezerxeber.az)
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qazax rayonunda top mərmisi aşkar olunub - FOTO
Azərbaycanda gediş haqları mobil telefonla ödəniləcək
Bakıdakı uşaq bağçalarında ciddi yoxlamalar - Abutalıbovun "mirası"
Mehriban Əliyeva Kürdəxanıda - YENİLƏNİB + FOTO
Ləğv edilən qurumlar haqqında - DOSYE
Qənirə Paşayevadan üzücü xəbər: Türkiyədə əməliyyat olundu
İcra başçısının qardaşı oğluna qarşı 965000 dollarlıq dələduzluq