Şəxsi avtomobildə maskadan istifadə etməklə bağlı - Rəsmi açıqlama
Şəxsi avtomobildə maskadan istifadə etməməyə görə hər hansı inzibati məsuliyyət nəzərdə tutulmur.
Minval.info xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Xəzər aktual”da deyib:
“Nazirlər Kabinetinin 189 nömrəli qərarında qeyd olunur ki, şəhərlərarası, rayonlararası və şəhərdaxili, eləcə də rayondaxili sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrinin sürücülərinin və sərnişinlərinin tibbi maskadan istifadə etmələri mütləqdir. Şəxsi avtomobildə maskanın istifadə edilməsinə ehtiyac yoxdur və bu, heç bir inzibati məsuliyyət yaratmır. Ola bilər ki, mən öz avtomobilimdə hərəkət edirəmsə, iş yoldaşım mənimlə eyni vaxtda yanımda gedirsə, maskadan istifadə edə bilərəm. Çünki o, mənim ailə üzvüm deyil. Öz sağlamlığım üçün tibbi maskadan istifadə edə bilərəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çörək aldı, içindən 20 qəpik çıxdı - FOTO, VİDEO
Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
Bürclər - 5 iyun
“Yüzlərlə Suriya ermənisi Qarabağa yerləşdirilib”
Məktəb ekskursiyaları necə təşkil edilməlidir? - Ekspert rəyi