Səudiyyə Ərəbistanından ABŞ-a sərt cavab: Atdığınız addımın beş qatı…
Səudiyyə Ərəbistanı bu gün səhər saatlarında ABŞ prezidenti Donald Trampın öldürüldüyü bildirilən jurnalist Camal Qaşıqçı məsələsi ilə bağlı səsləndirdiyi mövqeyə cavab verib.
Minval.info Publika.az-a istinadən xəbər verir ki, bəyanatda ABŞ-ın Qaşıqçı məsələsində atacağı addımlara eyni və daha şiddətli şəkildə cavab veriləcəyi bildirilib:
“Trampın təhdidlərini rədd edirik. Məsələ ilə bağlı bizə qarşı atılan istənilən addıma beş qat artıq şəkildə cavab verəcəyik”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu gün verdiyi müsahibədə Qaşıqçının yoxa çıxmasının arxasında Səudiyyə rəsmilərinin olduğu sübuta yetiriləcəyi təqdirdə, onlara qarşı ciddi cəza tədbirlərinin görüləcəyini deyib. Trump çıxışında hələ hadisənin təfərrüatlarının tam olaraq ortaya çıxmadığını və Səudiyyə Ərəbistanın onlara qarşı irəli sürdüyü iddiaları qəti şəkildə təkzib etdiyini də vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
Naftalanda özbək turist ürək çatışmazlığından öldü
Qızıl bahalaşdı: Neft ucuzlaşdı, FES qərarı təsir etdi
FES faiz artımına davam edəcək: İnflyasiya hədəfdə
ABŞ-dən faiz artımı: Qızıl və Bitcoin ucuzlaşdı
