ABŞ-dən faiz artımı: Qızıl və Bitcoin ucuzlaşdı
ABŞ Federal Ehtiyat Sistemi (FES) uzun müddətdən sonra ilk dəfə faiz dərəcəsini artıraraq qlobal maliyyə bazarlarında gözlənilməz bir addım atdı. FES-in uçot dərəcəsini 25 bal bəndi artıraraq 3,75–4,00 faiz aralığına yüksəltməsi, əmək bazarındakı güclü göstəricilər və inflyasiya gözləntiləri ilə əlaqələndirilir.
Minval.info xəbər verir ki, bu qərar qlobal birjalarda və rəqəmsal aktivlər bazarında ciddi dinamika yaratdı. ABŞ Senatında rəqəmsal aktivlərlə bağlı “CLARITY Act” qanun layihəsinin səsvermədən keçməməsi fonunda Bitcoin 75 min 780 dollara qədər gerilədi, “Coinbase” birjasının səhmləri isə 10 faiz dəyər itirdi. ABŞ-nin 10 illik istiqraz gəlirləri 5 faiz səviyyəsində dəqiqləşdi. “Brent” markalı neftin barreli 108,1 dollara, qızılın onsu isə 4 min 321 dollara endi.
İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, FES-in bu qərarı gözlənilən idi və bazarlar bu addıma kəskin reaksiya vermədi. Onun sözlərinə görə, FES-in qərarı inflyasiya ilə mübarizəni gücləndirmək məqsədilə qəbul edilib. Müharibə və münaqişələr kontekstində enerji daşıyıcılarının qiymətinin artması, xüsusilə də dizel yanacağının qiymətinin yüksəlməsi inflyasiyaya təsir göstərir. Bu səbəbdən FES inflyasiya ilə mübarizə çərçivəsində faiz artımına gedib.
Natiq Cəfərli, FES-in qərarının uzunmüddətli təsirlərinin olmayacağını düşünür. Onun fikrincə, Tramp administrasiyasının faiz artımına qarşı çıxması səbəbindən gələn ilin əvvəlində faizlərin yenidən aşağı düşməsi mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə-Əfqanıstan əməkdaşlığı: Kəşfiyyat sahəsində yeni mərhələ
ABŞ-dan Körfəz ölkələrinə yeni təhlükəsizlik vədləri
Fed faiz artırdı: Qlobal bazarlarda dalğalanma başladı
Qızılın qiyməti FES-in qərarını gözləyir
Türkiyə şirkəti sanksiya siyahısından çıxarıldı
İraq nefti yeni marşrutla Suriyaya daşınır
ABŞ SEPAH katerlərini raketlərlə məhv etdi