Şəmkirdəki ağır yol qəzasında ölən və yaralananların adları məlum olub

Şəmkir rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib
Məlumata görə, hadisə Əliyaqublu kəndi ərazisində qeydə alınıb.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha br neçə nəfər ağır yaralanıb. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Yol qəzasında ölən və yaralananların adları məlum olub.
Ölənlər Şəmkir rayon Əliyaqublu kənd sakini, “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Ruslan Vilayət oğlu Kazımov və onun sərnişini, 2000-ci il təvəllüdlü Elxan Nəsimi oğlu Cəlilovdur.
Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Taleh İspəndiyar oğlu Ələkbərov və onun həmyaşıdı Bağır İlham oğlu Hüseynov yaralanıb. Yaralılardan biri Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Digər yaralı isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həmin yaralının da Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.
Yük maşının sürücüsünün isə xəsarət almadığı bildirilir.
Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşının idarə etdiyi TIR-la Şəmkir rayonunun Əliyaqublu kənd sakini Ruslan Kazımovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub. Nəticədə 2 nəfər ölüb, digər ikisi isə yaralanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (nəqliyyatda ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (“Report”)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu