Şəmkirdə icra başçısı və polislər yas mərasimini belə dayandırdı - VİDEO
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargah tərəfindən rayonda koronavirus panidemiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
İcra Hakimiyyətindən verilən məlumata görə, iyulun 4-də Qərargaha rayonun Aşağı Seyfəli kəndində yas mərasimi keçirilməsinə cəhd olunması ilə bağlı məlumat daxil olub.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov və Rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıblar.
Mərasimi təşkil edən şəxslər cəzalandırılıb. Yas mərasimində iştirak edən kənd sakinləri barəsində də karantin qaydalarının pozulmasına görə tədbirlər görülüb.
https://www.youtube.com/watch?v=CUWivWE4YuM&feature=emb_title
Eyni zamanda qadağalara baxmayaraq mərasimində iştirak edən kəndin din xadimi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə əsasən ölkəmizin hər yerində olduğu kimi, Şəmkir rayonunda da insanların 5 nəfərdən artıq biryerə toplanması, xüsusilə mərasimlərin keçirilməsi qəti qadağan edilir. Belə reydlər mütamadi keçiriləcək və bu kimi hallara yol verənlər haqqında ciddi cəza tədbirləri görüləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026