Şəmkirdə arabaçı ilə parkovşik arasında dava!
Şəmkir rayonunun Çinarlı qəsəbəsində yerləşən “Səbət” bazarında insident baş verib. Hadisə zamanı araba ilə yük daşıyan 28 yaşlı Fərid Zamanov avtomobillərin hərəkətinə nəzarət edən Yusifi yumruqla döyüb. Bu hadisə nəticəsində Yusif xəsarət alıb.
Minval.info xəbər verir ki, Yusifin şikayəti əsasında Fərid Zamanov polis tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, arabasını yolun kənarında saxladığı vaxt Yusif ondan arabanı kənara çəkməsini tələb edib və bu səbəbdən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Yusifin nalayiq ifadələr işlətməsi Fərid Zamanovu qəzəbləndirib və o, Yusifi yumruqla vurub. Fərid Zamanov əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını qeyd edib.
Zərərçəkən Yusif də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib. Məhkəmənin qərarı ilə Fərid Zamanov elektron qolbaq taxmaqla, 240 saat ictimai işlər cəzasına məhkum edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zəka Mirzəyev Tovuzda vətəndaşların problemlərini dinlədi
Xocavənddə mina partlayışı: Traktor zərər gördü
Bakı Qızlar Universitetinin tələbələri köçürüləcək
İran ABŞ sanksiyalarını "iqtisadi terrorizm" adlandırdı
Ruslan Məmmədov Rusiyada rüşvət ittihamı ilə həbs olundu