Səlim Müslümov HƏBS EDİLDİ
Əmək və əhalinin sosial müdafiəsinin sabiq naziri Səlim Müslümov həbs edilib.
Minval.info Unikal.org-a istinadən xəbər verir ki, hüquq mühafizə orqanları tərəfindən keçmiş məmur ciddi korrupsiya faktları ilə saxlanılıb.
Qeyd edək ki, Səlim Müslümov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yaxın kadrı kimi tanınır. K.Heydərov Dövlət Gömrük Komitəsinin sədri olduğu dövrdə S.Müslümov onun müavini olub. Onu da nəzərinizə çatdıraq ki, S. Müslümov DGK-nin sədri olduğu vaxtda korrupsiya əməlinə görə həbs həyatı yaşayıb. Sabiq nazir bəraət aldıqdan sonra DSMF sədri, daha sonra isə Əmək və Əhalinin sosial müdafiə naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiv sərəncama əsasən o, vəzifəsindən azad edilib.
Həbs xəbərini S.Müslümovun yaxınları Unikal.org-a təsdiqləyiblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah da leysan yağış yağacaq
Baş Prokurorluqdan ANS-lə bağlı açıqlama
Yağış yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
Hava ilə bağlı növbəti xəbərdarlıq
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”