Şəkidə xəsarət alan İlkindən açıqlama
Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alan İlkin Məmmədov bir neçə gün sonra evə buraxılacaq.
“Qafqazinfo”nun məlumatına görə, bunu adıçəkilən şəxsin özü feysbuk hesabında bildirib:
“Əzizlərim, artıq bu sözləri yazacaq gücdəyəm. İstədim sizə bildirəm ki, hər şey yaxşıya doğru gedir, müalicə davam edir. Bir neçə gündən sonra evə buraxılacam. Son 11 gün ərzində mənim yanımda olan, dəstək olan, ürəyi mənlə olan hər kəsə sonsuz minnətdarlığımı bildirirəm. Məni daha güclü sizin sevginiz, dəstəyiniz etdi. Bilirdim, amma daha da əmin oldum ki, həyat sadəcə sizlərdən – sevdiklərimdən ibarətdi. Hər an yanımda olanlar, yazanlar, maraqlananlar, hər birinizə tək-tək yaza bilməsəm də, xəbəriniz olsun: yaxşıyam, daha yaxşı olacam. Var olun!”
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
İlkin Məmmədov hadisədən az əvvəl çəkilmiş fotosunu da paylaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var