Şəkərin ölüm səbəbi 4 ay sonra açıqlandı
Ötən ilin noyabrında Bakı Dövlət Universitetinin yataqxanasında vəfat edən tələbə Şəkər Xasmətovanın ölümünün səbəbi açıqlanıb.
Ş. Xasmətovanın atası Faiq Xasmətov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qızının ölümünün səbəbi müəyyənləşdirilməsi üçün ekspertiza Türkiyədə aparılıb. Artıq ekspertin rəyi istintaqa daxil olub və tərəflərə elan edilib. Belə ki, ekspertizanın rəyinə görə, Ş. Xasmətova dəm qazından zəhərlənərək ölüb.
Əldə etdiyimiz məlumata görə, ekspert rəyinin bu qədər gecikməsi isə Ş. Xasmətova və digər iki tələbənin özünü pis hiss edərkən çağırdıqları təcili tibbi yardım həkimlərinin onlara “dimedrol” vurmasına görə olub. Belə ki, qanda kimyəvi maddənin olması ekspertizanın aparılmasına və ölümünün səbəbinin müəyyən olunmasına çətinlik yaradıb. Buna görə də Ş. Xasmətova ilə bağlı bir neçə dəfə təkrar ekspertiza keçirilib.
***
Mərhumun dayısı oğlu Samir İsayev bildirib ki, Ş. Xasmətovanın yaşadığı otağın aşağı mərtəbəsində hamam otağına gedən qaz boruları divarın daxilindən çəkilibmiş və həmin boruda yaranan sızma otağa dolub, nəticədə qızlar dəm qazından zəhərlənib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı aktyor xəstəxanada dünyasını dəyişdi - FOTO
Azərbaycanda vəzifəli şəxs həbs edildi
Ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verildi
Daha bir xanəndə koronavirusdan vəfat etdi
Məhkəmə generalın oğlunun şikayətini təmin etmədi
Akif Çovdarovun yeni məhkəməsi başlayır - Təfərrüat
Mehriban Əliyeva məktəbli Zəhraya hədiyyə göndərdi - Fotolar