Səhiyyə Nazirliyinin mütəxəssisi koronavirus xəstələrinin evdə müalicəsindən danışıb
“COVID-19 xəstəliyinin idarəolunması üzrə müəyyən sənədlər var. Burada hansı xəstəyə necə yanaşılması əks olunub. Koronavirus xəstələrinin müalicəsini həkim-mütəxəssis təyin etməlidir”.
Minval.info “Report”a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, infeksiyaya yoluxma təsdiqləndiyi halda xəstənin sonrakı aqibəti barədə sahə həkimi göstəriş verməlidir: “Ola bilər ki, ilk gündəki əlamət təhlükəli deyil və həmin şəxs evdə müalicə oluna bilər. Lakin gedişatda ağırlaşma olanda xəstəxanaya yerləşdirilməsi məcburidir. Əlamətlər o qədər oxşardır ki, insanlar bəzən bunu digər respirator virusla səhv salırlar. Düşünürlər ki, adi qripdir və həkimə müraciətə ehtiyac yoxdur”.
İnfeksionist bildirib ki, bəzi şəxslər evdə müalicə ala bilər: “Lakin xəstəlik orta ağır keçirsə, ağciyər zədələnməsi varsa, lakin pnevmaniya ağır deyilsə, ciddi izlənmə ilə evdə müalicə davam etdirilməlidir: “Amma yaşlı şəxslər və ya yanaşı xəstəliyi olanlar xəstəliyin ağırlaşmasından asılı olmayaraq, xəstəxanada müalicə olunmalıdırlar. Yəni xəstələr özbaşına qərar verməli deyil”.
T.Eyvazov qeyd edib ki, bəzi xəstələr təcili şəkildə oksigen tələbatı zərurətinin yaranmasına baxmayaraq, yenə də israrla evdə qalmağı arzulayırlar: “Bəzi hallarda isə çox ağırlaşmış halda gecikmiş şəkildə xəstəxanaya göndərilirlər. Müddət uzandıqca müəyyən dərmanlar istifadə olunur. Belə olanda da müalicə müşkülləşir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!
Qarışqa dərmanı Ağdamda qadını xəstəxanalıq etdi
Ağdamda qadın həşərat dərmanından zəhərləndi
Payızın xərçəngə qalxan olan 5 möcüzəvi qidası
Salyan xəstəxanasında pişik ov səhnəsi: Siçan hədəfdə!
İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verdi
Dünyanın ən uzun atı Hüqo lüks həyat yaşayır