Şəhid ailələri və Qarabağ əlillərinə yeni mənzillər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış on mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Nazirlikdən Minval.İnfo-ya verilən məlumata görə, mənzillərdən ikisi birotaqlı, üçü ikiotaqlı, beşi üçotaqlı olub.
ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov mərasimdə çıxış edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların ailələrinə Prezident İlham Əliyev tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan danışıb. O, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində mənzil alan ailələri təbrik edib. Bildirib ki, şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilən mənzillərin sayı 6200-dən çoxdur. Təkcə bu il həmin kateqoriyadan olan ailələrə 626 mənzil təqdim edilib.
Sonra mənzillərin püşkatma qaydasında, obyektiv və ədalətli şəkildə paylanması həyata keçirilib.
Yeni mənzil alanlar onların sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Minval.İnfo / Samral
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda xəyanətə qəzəblənən qadın maşınını dağıtdı
Azərbaycandan Ermənistana 16 vaqon dizel ixracı
Güzəştli mənzillərin rəqəmsal satışı uğurla tamamlandı
Azərbaycan neftinin qiyməti 104 dollara düşdü
Bakıda üç poliklinika yenilənir: 1.2 milyon manat ayrıldı
Bakı ilk dəfə "IRONMAN 70.3" yarışına ev sahibliyi edir
Paşinyan Kərki kəndinin Azərbaycan olduğunu etiraf etdi