Səfirlikdən azərbaycanlı avtoritet Rəhim Şəkinski və həyat yoldaşının güllələnməsi ilə bağlı — AÇIQLAMA

Azərbaycanın Fransadakı səfirliyi Tuluz şəhərində törədilmiş qətl hadisəsi ilə bağlı açıqlama yayıb.
Martın 30-da Fransanın Tuluz şəhərində baş vermiş cinayət əməli nəticəsində Rəhim Namazovun həyat yoldaşının qətlə yetirilməsi və özünün ciddi yaralanması ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi açıqlama yayıb.
Minval.İnfo Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan səfirliyi cinayət əməlinin qurbanının ailəsinə və yaxınlarına başsağlığı verir.
Səfirlik diqqətə çatdırır ki, Rəhim Namazov Azərbaycanda dəfələrlə dələduzluğa görə məhkum olunub. Onun Fransada və ya xaricdə mafiya strukturları ilə əlaqə saxlaması bəllidir. Rəhim Namazov Azərbaycanda heç vaxt jurnalistika fəaliyyəti ilə məşğul olmayıb. Onun jurnalist olmadığı fransız mediası, eləcə də Azərbaycan jurnalistləri və Sərhədsiz Reportyorlar Təşkilatı tərəfindən təsdiqlənib.
Açıqlamada bildirilir ki, Rəhim Namazov 2014-2016-cı illərdə səfirliklə dəfələrlə əlaqə saxlayıb və onun bütün konsulluq prosedurları və istəkləri mümkün olan ən yaxşı şəraitdə yerinə yetirilib.
Nəhayət, səfirlik xatırladır ki, dünəndən bu cinayət əməlinin aydınlaşdırılması üçün Fransanın istintaq orqanları və Tuluz şəhərinin polis xidməti ilə müntəzəm əlaqə saxlayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Polis “Sədərək”də reyd keçirdi
Kolleci bitirən hər kəs universitetə qəbul ola bilər - Yeni qaydalar
Vilyam Hacıyevin prokuror oğlu ilə bağlı qərar verildi
Sabah Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
"Təhsil haqqı 4000-4500 manata qaldırılıb"
Ağdaşda 5,5 metr uzunluğunda ilan öldürülüb — FOTO
Leyla Abdullayevaya yeni vəzifə verildi