“Rüşvətxor məmurları gizlicə söyürlər, amma toyda-yasda başda otuzdururlar”
Natiq Cəfərli: “Trampı publik dəstəkləməyin, az qala biabırçı bir mövqe olduğunu insanlara yeritdilər, camaat da publik sorğuda onun əleyhinə rəy bildirsə də, seçkidə gedib ona səs verdi”
“Trampdan sonra dünya çox dəyişir, politkorrektliyi çeynəyən liderlər iş başına gəlir”.
Minval.info xəbər verir ki, bu barədə şəxsi “Fecabook” səhifəsində “Respublikaçı Alternativ” (REAL) partiyasının icra katibi Natiq Cəfərli paylaşım edib. Onun sözlərinə görə, politkorrekt olmaq yaxşıdır, amma siyasi elitalar bunu absurda çevirib və insanların, əslində nə düşündüyünü gizlətməsinə səbəb olub.
““Brexit” lehinə olanlar bunu açıq deməyə utanırdılar, bu mövqenin “cool” olmadığını bilirdilər deyə, sorğular zamanı Avropa İttifaqından yana olduqlarını bildirdilər, amma gedib əksinə səs verdilər”, – deyə o yazıb.
Cəfərlinin sözlərinə görə, Trampı publik dəstəkləməyin, az qala biabırçı bir mövqe olduğunu insanlara yeritdilər, camaat da publik sorğuda onun əleyhinə rəy bildirsə də, seçkidə gedib ona səs verdi: “Bizdə isə toplum ikiüzlülüyün adını politkorrekt davranış qoyub – rüşvətxor məmurları, rəisləri gizlicə söyürlər, amma toyda-yasda başda otuzdururlar, hörmət-izzət göstərirlər. Bu məsələdə də bizim analoqumuz yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026