"Rusiyanın silah çatışmazlığı var, 50 illik tanklardan istifadə edir"
“Rusiya quru qoşunları Severodonetsk və Lisiçanskı mühasirəyə almaq cəhdlərini davam etdirir və bu yaxınlarda Popasnanın şimal-qərbində bir neçə kəndi ələ keçirib. Rusiyanın Severodonetski mühasirəyə salmaq cəhdərinə baxmayaraq, Ukrayna bir çox müdafiə sektorlarına nəzarəti əlində saxlayır və Rusiyanın Donbasa tam nəzarət etməsinə imkan vermir“.
“Report”un xəbərinə görə, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
“Rusiyanın Cənub Qoşun Qrupunun qarşısında, çox güman ki, Ukraynanın cənub ərazilərini işğal etmək tapşırığı qoyulub. Son günlərdə Rusiya böyük ehtimalla 50 illik T-62 tanklarını dərin anbarlardan Cənub Qoşun Qrupunun məsuliyyət zonasına köçürüb.
Şübhəsiz ki, T-62-lər tankəleyhinə silahlara qarşı xüsusilə həssas olacaq və onların döyüş meydanında olması Rusiyanın müasir, döyüşə hazır texnika çatışmazlığını vurğulayır”, – məlumatda qeyd olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur