Rusiyanın “ən təhlükəli” hərbi gəmisi bəlli oldu
Rusiyanın ən təhlükəli hərbi gəmisi “Admiral Nahimov” atom raket kreyseridir.
Belə bir qənaətə ABŞ-ın “Military Watch” jurnalı gəlib.
“Kreyserin düşmənin həlledici obyektlərini təyyarələr üçün 400 km və gəmilər üçün 1000 km olmaqla, ekstremal məsafədən hipersəs raketləri ilə vura bilməsi, onu bəlkə də, Rusiyanın HDD-nın ixtiyarında olan ən təhlükəli hərbi gəmi edir”, – deyə materialda bildirilir.
Jurnalistlər qeyd ediblər ki, kreyserin əsas gəmiəleyhinə silahı düşmən obyektini 1000 km məsafədən 8 max sürətlə vura bilən “Sirkon” raketi olacaq. Beləliklə də, o, ABŞ Hərbi Dəniz Qüvvələrinin ixtiyarında olan “Harpun” gəmiəleyhinə raketi üstələmiş olacaq.
Nəşrin məlumatına əsasən, “Admiral Nahimov”, həmçinin, nüvə qurğularının hesabına uzun müddətə Rusiya sahillərindən aralıda ola bilər. Bundan savayı, kreyser ən müasir hava hücumundan müdafiə sistemi ilə təchiz olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib