Rusiyanın görmədiyiniz tərəfini göstərən 14 foto
Rusiya təkcə Moskva və Sankt-Peterburqdan ibarət deyil. Ölkəsinin ən yaxşı portret cizgilərini həm də fotoqraf Saşa Qrom yaradır.
O, meqapolislərdən uzaq şəhərlərdə, qəsəbələrdə, kəndlərdə çox yaxşı fotolar çəkir. Bizimyol.info Qromun fotolarından bəzisini sizə təqdim edir.

Saşa Rusiyanın az qala hər bölgəsində olub. Fotoqraf deyir ki, onun obyektivinə uyğun yaşayış məskənləri çoxdur.

Amma Qrom daha çox Tatarıstanı xoşlayır. Fotolarından xeylisi bu respublikanın paytaxtı Kazanda çəkilib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri

Kiçik ərzaq mağazaları, ağacdan evlər, həyətdə oynayan uşaqlar, skameykada əyləşən yaşlı qadınlar, dükanlar – bunların hamısı rusiyalı fotoqrafın sevimli mənzərələridir.

Sanki illər ərzində heç nə dəyişməyib: “Mən yerləri eybəcər şəkildə göstərmək istəmirəm. Çalışıram ki, onları xoş qiyafədə təqdim eləyim”.

Qrom mümkün qədər Rusiyanın gerçək üzünü göstərməyə çalışır.

Yəqin şəkillərə baxanda əşyalarınızı yığıb bu kiçik şəhərlərə, qəsəbələrə getmək istəyəcəksiniz.

Bəzi mənzərələr kədərli görünsə də, həm də gerçək romantika qoxuyur.

Satıcısı pişik olan mağaza.

Burada da alıcıları əvvəlcə pişiklər qarşılayır.

Görünür, alıcı öz ölçüsünə uyğun paltar tapa bilmir.

Rusiyanın qəsəbələrində tez-tez rastlaşacağınız tipik mənzərə.

Fotoqrafa yönəlmiş baxışlara diqqət!

24 saat işləmək yoxsa yatmaq?

ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar
Rusiya təkcə Moskva və Sankt-Peterburqdan ibarət deyil. Ölkəsinin ən yaxşı portret cizgilərini həm də fotoqraf Saşa Qrom yaradır.