VACİBRusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı
Rusiya ilə Azərbaycan arasında geniş istifadə olunan pulköçürmə xidmətlərindən birində məhdudiyyət yaranıb.
Minval.info xəbər verir ki, “Zolotaya Korona” sistemi vasitəsilə Rusiyadan Azərbaycana, eləcə də Qazaxıstan və Gürcüstana onlayn pul köçürmələri hazırda mümkün deyil.
Məlumata görə, sistem üzərindən köçürmələr yalnız Qırğızıstan, Türkiyə və Özbəkistan istiqamətində aktiv olaraq qalır.
Azərbaycanda fəaliyyət göstərən Unibank və Yelo Bank bildiriblər ki, “Zolotaya Korona” ödəniş sistemini dəstəkləsələr də, xidmətin fəaliyyətində yaranmış qlobal problemlər səbəbindən Azərbaycandan Rusiyaya pul göndərilməsi də müvəqqəti dayandırılıb.
Bununla yanaşı, VTB Azərbaycan qeyd edib ki, bank ümumiyyətlə “Zolotaya Korona” ödəniş sistemi vasitəsilə köçürmə əməliyyatları həyata keçirmir.
Məhdudiyyətin hansı səbəbdən yarandığı və xidmətin nə vaxt bərpa olunacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsrailli nazir Ben-Qvirin Məscid-i Əqsaya təxribatçı ziyarəti
ABŞ-a etibar azaldı: Fransa və 10 ölkə bir araya gəldi
Serbiyada tələbə hərəkatı Vuçiçi devirdi: Rusiya ilə əlaqələr necə olacaq
İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?"
PKK Sincardan çəkilir: İraq ordusu bölgəyə nəzarəti ələ alır
PKK-nın Sincardakı uzantısı İraq ordusuna inteqrasiya edilir
Avstriya kansleri Aİ büdcə mübahisəsində veto ilə hədələyir