Rusiyadan Azərbaycana müasir hərbi texnikalar gətirildi - VİDEO - FOTO
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü plana uyğun davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Minval.İnfo-ya verilən məlumata görə, yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcək.
Qeyd edək ki, böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik, silahlanmaya daxil edilən bu tip hərbi texnika 2016-cı ilin aprel ayında keçirilən döyüş əməliyyatları zamanı uğurla tətbiq edilib. Düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası və digər vasitələrinin məhv edilməsi bu texnikanın yüksək effektivliyini nümayiş etdirdi.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hərbçilərin mənzil təminatına 35 milyon manat ayrılacaq
Ordumuzun mövqeləri atəşə tutuldu
XTQ-nin İranla sərhəddəki təlimləri nəyə HESABLANIB...
"Hərbçilərimizin maaşları artırılmalıdır" - Pənah Hüseyn
Daşaltı necə azad olunub?
Azərbaycanın bir şəhid belə vermədən azad etdiyi STRATEJİ ƏRAZİ - VİDEO
Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı - Videoçarx