Rusiyada təhlükəli azərbaycanlını belə tutdular -
Rusiyanın Omsk vilayətində Azərbaycan vətəndaşı Əli Salehovun (Salehzadə) saxlanılmasını əks etdirilən kadrlar yayılıb.
Minval.info oxu.az-a istinadən xəbər verir ki, Salehov region ərazisində fəaliyyət göstərən böyük cinayətkar qrupa aidiyyəti olmaqda günahlandırılır.
Güman olunur ki, həmin mütəşəkkil cinayətkar dəstə omsklu iş adamlarına təzyiq göstərib. 33 yaşlı azərbaycanlı başqa məsələ ilə polisin diqqətini cəlb edib.
Belə ki, əvvəllər Cənubi Saxalinksdə quldurluğa görə mühakimə olunub və səkkiz il həbsdə yatdıqdan sonra Azərbaycana göndərilib. Burada soyadını dəyişərək, Salehzadəyə çevrilən həmin şəxs yenidən Rusiyaya qayıdıb.
Bildirilir ki, səkkiz illik həbs cəzasından sonra Salehzadə kriminal aləmlə əlaqələr qurub. Azərbaycan vətəndaşının əlində silah dayandığı çoxsaylı fotoları var.
Bəzi məlumatlara görə, saxlanılan şəxs omsklu iş adamlarından borclarını toplayan və onlardan pul qoparan dəstənin fəaliyyətində iştirak edə bilər.
Lakin bunu sübut etmək mümkün olmasa da, sərhədi qanunsuz keçmə və narkotiklərin saxlanılmasına görə Əli Salehzadəni dörd il həbs cəzası gözləyir.


ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı