Rusiyada kişi "İlin qadını" seçildi - Fotolar
Rusiyanın tanınmış repçisi Alişer Morqenştern yenə də qalmaqala səbəb olub.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, “Moda Topical” dərgisi mükafatlandırma gecəsində ifaçıya “İlin qadını” nominasiyasını verib.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Bu haqda reper özü İnstaqram səhifəsində məlumat yayıb. O bildirib ki, 2020-ci ilin ən müzakirəedilən sənətçisidir və ona görə də mükafatı almaq üçün çətinlik çəkməyib. “Bundan sonra ancaq irəli. Yeni mərhələyə doğru” deyə, Alişer əlavə edib.
Mükafatını almaq üçün reper səhnəyə ipək xalat, xəz və şlyapada çıxıb.
Onun bu mükafatı alması isə etirazlara səbəb olub. Bir çox məşhur “İlin qadını” nominasiyasının kişi reperin almasına etiraz edib. Onlardan biri də məşhur “Dom2″nın aparıcısı Kseniya Borodina olub. O, etirazını “Morgenşteynin ilin qadını olduğu dünyada yer almaq istəmirəm. Rusiyada qadınlar ölüb?” sözləri ilə bildirib.
Qeyd edək ki, Morqenştern yaradıcılığına “Youtube” səhifəsində başlayıb. Hazırda onun 5 milyona yaxın abunəçisi var. 2017-ci ildə isə studiyada ilk mahnısını yazmağa başlayıb.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir