16.09.2026 - 16:28
Dünya 20 baxış

Rusiyada ekstremal hava hadisələri artır!

Rusiyada təhlükəli meteoroloji hadisələrin tezliyi artmaqdadır. Ölkədə güclü yağıntılar, fırtınalı küləklər və anomal istilər daha çox müşahidə edilir. Minval.info xəbər verir ki, “Təbiət və insanlar” fondunun baş direktoru, alim Sergey Rıbakov bu barədə açıqlama verib. Onun sözlərinə görə, ekstremal hava hadisələrinin artmasının əsas səbəbi qlobal istiləşmədir. Bu proses, atmosferdə istixana qazlarının konsentrasiyasını artıran fosil yanacaqların yandırılması ilə daha da sürətlənir.

Rıbakov qeyd edir ki, Rusiya üçün yüksək temperaturdan daha böyük təhlükəni güclü yağıntılar və küləklər yaradır. İsti hava dalğaları güclənsə də, temperatur artımı cəmi bir neçə dərəcə təşkil edir. Bununla belə, belə hadisələrin tezliyinin hər il artacağı gözlənilir. Alimə görə, qlobal istiləşmənin əsas mənfi nəticələrindən biri məhz təhlükəli hava hadisələrinin daha tez-tez baş verməsidir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: