VACİBBloger Hüseyn Həsənova 6 il həbs cəzası tələb edilib
Rusiyada dövlət ittihamçısı azərbaycanlı bloger Hüseyn Həsənov üçün çirkli pulların yuyulması ittihamı ilə 6 il həbs cəzası və 155 milyon rubl cərimə tələb edib.
Minval.info xəbər verir ki, Həsənov beynəlxalq axtarışda olduğu üçün məhkəmə prosesi qiyabi qaydada aparılır. İstintaqın iddiasına görə, o, 2019–2021-ci illərdə 175 milyon rubl məbləğində vergi ödəməyib və bu vəsaitin bir hissəsi daşınmaz əmlak alınması yolu ilə leqallaşdırılıb.
Məlumata görə, Həsənov sonradan Federal Vergi Xidmətinə olan vergi borcunu tam ödəyib, bu səbəbdən vergidən yayınma ittihamı ləğv edilsə də, çirkli pulların yuyulması ittihamı qüvvədə saxlanılıb. İstintaq, blogerin hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşadığını bildirir.
Məhkəmə iclasında ifadə verən şahid, Moskva-Siti kompleksində yerləşən mənzilin satışı zamanı saxta alqı-satqı müqaviləsi bağlandığını və müqavilədə mənzilin qiymətinin 68 milyon rubl göstərildiyini, lakin bank seyfinə pul əvəzinə kraker qutuları yerləşdirildiyini bildirib. Hüseyn Həsənov isə özünə qarşı irəli sürülən ittihamları qəbul etmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır