22.08.2026 - 09:31
Kriminal 59 baxış

Rusiyada azərbaycanlı sürücüyə amansız işgəncə iddiası

Rusiya Federasiyasında qanunsuz olaraq saxlanılan Azərbaycan vətəndaşı Yadulla Ramiz oğlu Rufullayevin anası Aliyə Nəsir qızı Rufullayeva oğlunun əsassız həbs edildiyini və Rusiya müstəntiqləri tərəfindən amansız işgəncələrə məruz qaldığını açıqlayıb.

Minval.info xəbər verir ki, Aliyə Rufullayeva oğlunun yük avtomobili sürücüsü kimi çalışdığını və üç övladını dolandırmaq üçün fəaliyyət göstərdiyini bildirib. Rusiya tərəfi ona qarşı Cinayət Məcəlləsinin 276.1-ci (casusluq) maddəsi ilə əsassız ittiham irəli sürüb. Oğlunun idarə etdiyi nəqliyyat vasitəsi gömrük nəzarətindən keçib və Azərbaycana qayıtmaq üçün rəsmiləşdirilib. Lakin Rusiya hüquq-mühafizə orqanları onun rus dilini bilməməsindən istifadə edərək saxta sənədlərə qol çəkdiriblər. Bir ildən artıqdır ki, qanunsuz həbsdə saxlanılır və istintaq zamanı işgəncələrə məruz qalıb.

Aliyə Rufullayeva oğlunun sırf Azərbaycan vətəndaşı olduğuna görə diskriminasiya ilə üzləşdiyini vurğulayaraq, onun hüquqlarının müdafiəsi və azadlığa buraxılması üçün dövlət dəstəyi istəyib. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə, Azərbaycanın Rusiyadakı səfirliyinə və digər aidiyyəti dövlət qurumlarına müraciətlər edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: