Rusiyada Azərbaycandan olan mütəşəkkil cinayətkar qruplaşmalar arasında atışma baş verib
Rusiyanın Yamal-Nen muxtar vilayətinin Nadım rayonunda Azərbaycandan olan mütəşəkkil cinayətkar qruplaşmalarının nümayəndələri arasında atışma baş verib.
Virtualaz.org xəbər verir ki, dekabrın 1-də baş vermiş atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır yaralıdır və reanimasiyadadır.
Ölən şəxsin mütəşəkkil qruplaşmalardan birinin lideri olduğu bildirilir. “Razborka”nın səbəbi biznesin bölüşdürülməsi üstündə yaranan münaqişədir.
Nadım rayonu üzrə daxili işlər idarəsindən bildiriblər ki, şəxsi heyət həyacan siqnalı ilə qaldırılıb. Atışmanın iştirakçılarının yaxalanması üçün genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir, habelə şahidlər dindirilir, atışma iştirakçılarının kimliklərinin müəyyən olunması üçün istintaq aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi