Rusiya təkcə Ukraynadan deyil, Gürcüstandan da çıxmalıdır - Zurabişvili
“Rusiya sərhədlərinin harada olduğunu öyrənməlidir”.
Modern.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
O qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin diplomatik həllinə Abxaziya və Cənubi Osetiyadan rus qoşunlarının çıxarılması məsələsi də daxil edilməlidir.
“Gürcüstan məsələləri müzakirə edilməlidir, heç kim Rusiyanın bütün işğal olunmuş ərazilərdən geri çəkilmədən bu müharibənin həll edilə biləcəyini düşünməməlidir”, – xanım Zurabişvili deyib. Onun sözlərinə görə, Rusiya müharibəni tam şəkildə olmasa da, artıq praktiki olaraq uduzub.
“Əgər Qərb Rusiyadan işğalçı qoşunların tamamilə çıxarılmasını tələb etməsə, o zaman böyük səhvə yol verəcək – 2008 və 2014-cü illərdəki kimi”, – Gürcüstan Prezidenti əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada helikopter pəncərəsi uçuşda yerindən çıxdı
Finlandiya rus arxivlərinə çıxışı 9999-cu ilə qədər bağladı
OPEC+ neft kvotalarını oktyabra qədər uzatdı
İranda iqtisadi problemlərə qarşı yeni qərargah!
ABŞ İranın dəniz blokadasını gücləndirir
Sepah Hörmüz boğazında ABŞ gəmilərinə hücum etdi
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı