Rusiya səfirliklərə seçki günü nota göndərdi
Rusiya, parlament seçkiləri günü Moskvadakı diplomatik nümayəndəliklər qarşısında nümayişlərin keçirilməsinin qadağan olunması ilə bağlı bütün ölkələrin səfirliklərinə nota göndərib.
Minval.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin seçkilərlə bağlı komissiyasının sədr müavini Maksim Rayder məlumat verib. Onun sözlərinə görə, Moskva notalarda seçki məntəqələrinin qorunması üçün adekvat tədbirlərin görülməsini, o cümlədən seçkilər günü nümayişlərin qadağan edilməsini xahiş edib.
Rayder bildirib ki, bu aksiyaların səsvermənin təhlükəsizliyinə necə təhdid yaratdığı ilə bağlı konkret məlumat yoxdur. Rusiya, xarici ölkələrin beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirəcəyinə ümid edir, lakin Moskva da əllərini yanına salıb oturmayacaq.
Xatırladaq ki, IX çağırış Rusiya Dövlət Dumasına seçkilər sentyabrın 18-dən 20-dək, üç gün ərzində keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tramp Nobel Barış mükafatına etirazını bildirdi
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq və gerb olacaq
Elmə əsaslanan tənzimləmə siqaret çəkənlərin seçimlərini yaxşılaşdırır
Azərbaycan MDB-nin sədrlik troykasına daxil oldu
Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
Çavuşoğlu Bakıda sülhün yalnız müharibə ilə bitmədiyini vurğuladı