Deputat qohumbazlıqdan və peşəkarların sıxışdırılmasından narazıdır
Baku.ws-ın məlumatına görə, Milli Məclisdə “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev maraqlı açıqlamalar verib. O, bir çox dövlət qurumlarında vəzifəyə təyin olunan şəxslərin ətrafındakı qohum və dostlarını irəli çəkməsi hallarından narazılıq edib.
Razi Nurullayev bildirib ki, bir nəfərin vəzifəyə gətirilməsi digər peşəkarların karyerasının sonu olmamalıdır. O, dövlət qurumlarında peşəkar kadrların itirilməsinin qarşısını almağın vacibliyini vurğulayıb.
Deputat əlavə edib ki, qohumbazlıq nəinki iqtisadi, həm də mənəvi zərər yaradır. Bu, haqqı tapdalanan insanların dövlətə və ədalətə olan inamını sarsıdır.
Nurullayevin sözlərinə görə, qanun layihəsi “Adamın yoxdursa, heç nəyə nail ola bilməzsən” düşüncəsini dəyişməyə yönəlməlidir. O, gənclərin öz bilik və zəhmətinə inanmasının vacibliyini qeyd edib.
Spiker Sahibə Qafarova isə qanun layihəsinin deputatlara da aid olduğunu xatırladaraq, onların xüsusi canfəşanlıq göstərməmələrini tövsiyə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maraqlar toqquşması qanunu korrupsiyaya qarşı mübarizə gücləndirəcək
İran: ABŞ ilə müzakirələr üçün 7 şərt irəli sürülüb
Bengali siyasətində gərginlik: Şeyx Hasina vətənə qayıtmaq istəyir
Fransada prezident seçkilərində Le Pen liderliyini qoruyur
Keçmiş nazirdən İrəvana mesaj: 1918-ci ilin sərhədləri gündəmə gətirildi
İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək
Donald Trampdan ABŞ seçicilərinə: anlamadan seçdiniz