24.11.2026 - 12:34
İran: ABŞ ilə müzakirələr üçün 7 şərt irəli sürülüb
Siyasət 166 baxış

İran: ABŞ ilə müzakirələr üçün 7 şərt irəli sürülüb

İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, ABŞ ilə yaşanan gərginliklə bağlı məclisin açıq iclasında açıqlamalar verib. O, ABŞ Prezidenti Donald Tramp və digər amerikalı rəsmilərin bəyanatlarına sərt reaksiya göstərərək, İran üzərinə təzyiqlərin davam etməsinin Vaşinqtonun çarəsizliyini göstərdiyini bildirib.

Minval.info xəbər verir ki, Qalibaf, İranın ABŞ ilə müzakirələri üçün mövqeyinin dəyişməz olduğunu vurğulayıb. O qeyd edib ki, “İranın irəli sürdüyü 7 şərt yerinə yetirilmədikcə, heç bir addım atılmayacaq və müzakirə aparılmayacaq.”

Qalibaf, ABŞ-ın mümkün hücumlarına qarşı hazırlıqlı olduqlarını da bildirib. “Düşmən səhv addım atarsa, müharibənin coğrafiyasını dəyişmək də daxil olmaqla, qətiyyətli cavab verməyə hazırıq,” deyə o əlavə edib.

İranın ABŞ ilə geniş müzakirələrin başlaması və Hörmüz Boğazının açılması üçün irəli sürdüyü şərtlərdən bəziləri belədir: dəniz blokadasının qaldırılması, Hörmüz Boğazından ticarət və neft gəmilərinin təhlükəsiz keçidinin təmin edilməsi, Tehrana qarşı birtərəfli sanksiyaların ləğvi, İranın neft ixracına icazə verilməsi, dondurulmuş vəsaitlərin azad edilməsi və müharibənin bütün cəbhələrdə dayandırılması.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: