23.11.2026 - 11:34
Donald Trampdan ABŞ seçicilərinə: anlamadan seçdiniz
Siyasət 140 baxış

Donald Trampdan ABŞ seçicilərinə: anlamadan seçdiniz

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp, 3 noyabrda keçirilən və Demokratların qələbəsi ilə nəticələnən ara seçkilərdən sonra İranın daha aqressiv davrandığını iddia edib. O, həmçinin Demokratların qələbəsinin birja bazarlarında böyük enişə səbəb olacağını təxmin etdiyini bir daha vurğulayıb.

Minval.info xəbər verir ki, Tramp Truth Social sosial media platformasında paylaşım edərək, seçkilər öncəsi iki proqnoz verdiyini və hər ikisinin də doğru çıxdığını bildirib.

Tramp, Demokratların qələbəsi halında birjanın düşəcəyini və İranın daha da aqressivləşəcəyini dediyini xatırladaraq, “İran keçən həftə, son bir ildə atdığından daha çox dron və raket atdı. Narahat olmayın, hamısı vuruldu və zərər vermədi” deyə qeyd edib.

O, İran liderlərinin Demokratları zəif və təsirsiz hesab etdiyini, ölkəni məhv etdiklərini düşündüyünü iddia edərək, “Həm Demokratlar, həm də iranlılar, yanacaq qiymətlərini mümkün qədər yüksək saxlamaq üçün mübarizə apardılar, lakin seçkilərdən sonra yanacaq qiymətləri rekord səviyyədə düşdü” deyib.

Tramp, “Seçicilərin bunu anlamadan seçməsi çox pis oldu. Seçki başdan-ayağa çox qəribə idi” ifadələrini işlədib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: