Rusiya azərbaycanlıları Qarabağla bağlı təxribat xarakterli filmə etiraz ediblər
Rusiyanın Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti ölkənin mədəniyyət naziri Vladimir Medinskiyə müraciət edib.
Bu barədə “Report”un Rusiya bürosuna müxtariyyətin sədri Elşən İbrahimov bildirib.
Müraciətdə “Veqa Film” kino şirkətinə Dağlıq Qarabağla bağlı təbliğat xarakterli film çəkməyi qadağan etmək tələb olunur.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, Rusiyanın “Veqa film” kino şirkəti tərəfindən Xankəndi şəhərindən olan erməni rejissor Robert Defin rəhbərliyilə “Walter” adlı film çəkiləcəyi haqqında KİV-də xəbər getmişdi. Baş rolda fransalı aktyor Bibi Nasirinin çəkiləcəyi ekran əsərində hadisələr 90-cı illərdə Dağlıq Qarabağ münaqişəsilə əlaqəli şəkildə baş verir. Hazırda bu film Rusiya Mədəniyyət Nazirliyinə təsdiqlənmək üçün təqdim olunub.
Nazirliyə ünvanlanan məktubda azərbaycanlı diaspora rəhbəri tanınmış aktyorları cəlb etmək yolu ilə bu filmin geniş ekranlara çıxarılmasının hədəfləndiyini, bunun da Dağlıq Qarabağ münaqişəsilə bağlı aparılan danışıqlara mənfi təsiri ola biləcəyini, bu məsələnin bütövlükdə qardaş Rusiya ilə Azərbaycan xalqları arasında ədavət toxumları səpmək məqsədi daşıdığı qeyd olunur.
“Biz Rusiyaya vergi ödəyənlər olaraq Mədəniyyət Nazirliyinin vəsaiti hesabına erməni separatizminə, Azərbaycan torpaqlarının işğalına dəstək nümayiş etdirmək məqsədi güdən bu layihənin həyata keçirilməsini yolverilməz hesab edirik… İşğalçı ölkə olan Ermənistan bu film vasitəsilə qarabağlı erməniləri yalnız vəziyyətin qurbanı qismində göstərir. Burada məqsəd tarixi faktlara, BMT qətnamələrinə baş qoşmayan dünya tamaşaçısını baxımlı ssenari, ürək parçalayan hekayə, qəm-qüssə, gözyaşları ilə tovlamaqdan ibarətdir”, – E.İbrahimovun məktubunda vurğulanır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda