24.08.2026 - 15:15
Kriminal 23 baxış

Rüfət Səfərovun apellyasiya şikayəti rədd edildi

Hüquq müdafiəçisi Rüfət Səfərovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Minval.info xəbər verir ki, məhkəmə Rüfət Səfərovun apellyasiya şikayətini təmin etməyib. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

2024-cü ilin dekabrın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edərək, 60 min manatının ələ keçirildiyini iddia etmişdi. Rüfət Səfərov isə bu iddiaları rədd edərək, Natiq İmamquliyevi tanımadığını bildirmişdi.

Rüfət Səfərov Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: