Rövşən Rzayev: "Yataqxanada baş verən yanğın qəsdən törədilib"
Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanadakı yanğın qəsdən törədilib.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı cinayət işi açılıb: “Müvafiq ekspertizalar təyin edilib. Yataqxananın qəsdən yandırılmasına dair ekspertizanın rəyi də var”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, martın 6-da Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada yanğın baş verib. Yanğın zamanı ər və arvad olmaqla, iki nəfər həyatını itirib.
Yeni Azərbaycan Partiyası İcra katibi-sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, yanğının qəsdən törədilməsi ehtimalı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda