Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
İndoneziya və Azərbaycan arasında hazırda beş əsas əməkdaşlıq layihəsi mövcuddur. Bunlardan birincisi neft və qaz sahəsində əməkdaşlıqdır. Bu çərçivədə İndoneziyanın Şərqi Yava adasında neft və qazın kəşfiyyatı və hasilatı sahəsində “Minarak Brantas Gas” şirkəti ilə Azərbaycanın SOCAR şirkəti arasında əməkdaşlıq nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi məlumat verib.
Səfirin sözlərinə görə, ikinci layihə İndoneziyanın Azərbaycandan neft və qaz məhsullarını idxal etməsini əhatə edir. Bu istiqamətdə əsas məqsəd iki ölkə arasında mövcud əməkdaşlığı gücləndirməkdir. Üçüncü layihə isə İndoneziyanın dövlət neft şirkəti “Pertamina” ilə Azərbaycanın SOCAR şirkəti arasında əməkdaşlığın genişləndirilməsini hədəfləyir.
ƏLAQƏLİ
Azərbaycan və Qazaxıstanın birgə vençur fondu dövlət qeydiyyatına alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Qazaxıstanın birgə vençur fondu dövlət qeydiyyatına alınıb
Neftin qiyməti dünya birjalarında artıb
Azərbaycan neftinin qiyməti azalıb
Yerli dərman istehsalı idxalı əvəz edə bilərmi?
Porsche-nin qlobal satışları 9 ayda 16% azalıb
Fermerlərin nəzərinə: sığorta haqqının 50 faizini dövlət ödəyir
OpenAI gəlir proqnozunu 20 milyard dollar aşağı saldı