Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Braziliya millisinin keçmiş ulduzları Roberto Karlos, Tiaqo Silva və Felipe Melo saxta məşqçilik diplomları qalmaqalında hallanır. Publika.az-ın məlumatına görə, bu barədə “Lance” nəşri xəbər yayıb.
Xəbərə görə, Argentina milli komandasının keçmiş köməkçisi Alexandro Mankuso, təlim proqramlarını sürətləndirərək, Argentina Futbol Məşqçiləri Assosiasiyası (ATFA) ilə saxta diplomlar təqdim edib. Üç illik təlimi tamamlamadan verilən bu diplomlar qanunsuz olaraq bir çox şəxsə satılıb.
Bu qalmaqalda adı çəkilənlər arasında məşhur futbolçular Roberto Karlos, Tiaqo Silva və Felipe Melo da var. Lakin onlar bu sxemin qanunsuz olduğundan xəbərdar olub-olmadıqları və bilərəkdən iştirak edib-etmədikləri hələ ki, aydın deyil.
Mütəxəssislər bu məsələnin futbolda məşqçilik təlimlərinə olan etibarı zədələdiyini bildirirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək